IQNA

 İndoneziya: Quran məclisləri keçirilməsin, FİTRƏ tez verilsin

12:17 - April 18, 2020
Xəbər sayı: 3487102
Tehran (IQNA) -  İndoneziyanın Dini İşlər Nazirliyi mübarək Ramazan ayı astanasında bəyaniyyə yayaraq bu ayda Quran məclisləri ləğv edilməsini və FİRTƏ zəkatının tez verilməsini tələb edib.

İndoneziyanın Dini İşlər Nazirliyi mübarək Ramazan ayının yaxınlaşması ilə bağlı tədbir proqramı açıqlayıb: Məscidlərdə keçirilən kütləvi Quran tilavəti məclisləri dayandırılsın, koronavirusa yoluxanların sayının azalması və həmçinin şəriət ayinlərinin icarsı üçün çalışanların (zəkat və fitrə toplayan işçilər) virusdan qorunması üçün insanlar ən tez zamanda FİTRƏ-zəkatlarını təhvil versinlər ki, ehtiyaclılara çatdırılsın.

Bundan əlavə müsəlmanlar məscidlərə getməsinlər, namazlarını evlərində qılsınlar. Dövlət və qeyri-dövləti idarələrdə kütləvi Quran tilavəti mərasimi keçirilməsin. Fitr bayramında da heç bir bayram tədbiri və mərasim təşkil edilməsin.

İndoneziyanın İstiqlal Məscidinin imamı Nəsruddin Ömər bu barədə deyib: Hər il keçirilən proqramlarımız ləğv edilib. Ramazan ayında məscidə kasıblara və məhbuslara verdiyimiz ehsanı bu il onların evlərinə çatdıracayıq. Məscidin maarif proqramları "online" həyata keçiriləcək.     

3892275

 

captcha