IQNA

Koronavirusa tutulmuş xəstə oruc tuta bilərmi?

13:23 - April 18, 2020
Xəbər sayı: 3487104
Tehran (IQNA) -  Fələstinin paytaxtı Qüds şəhərində yerləşən Əqsa məscidinin xətibi və Qüds şəhərinin müftisi koronavirusa tutulmuş insanların Oruc tutması barədə rəyini açıqlayıb.

Məscidul-Əqsanın müftisi Şeyx Məhəmməd Hüseyn deyib: Əgər həkimlər koronavirusa tutulmuş xəstənin oruc tutmamasına qərar verərlərsə və orucun belə xəstəyə zərər olduğu qənaətində olarsa, həmin xəstə oruc tutmamalıdır.  

O əlavə edib: Xəstəliyinə görə oruc tutmayan xəstə sağalandan sonra Ramazan ayının orucunun qəzasını tutmalıdır. Həmçinin bütün Ramazan ayı boyunca oruc tuta bilməyən kəslər hər gün üçün bir fəqiri (gün ərzində) doyuracaq qədər kəffarə verməlidir. Bu kəffarə hər gün üçün miqdarının cari ilin hər nəfər üçün hesablanmış FİTRƏ zəkatının miqdarından az olmamalıdır.

Fələstinin Darul-İfta İdarəsi koronavirusa yoluxmuş xəstələrin orucu ilə bağlı bəyaniyyədə vurğulayıb: Ramazan ayının orucu dinin əsas ərkanlarından biridir. Allah bu orucu ağıllı, sağlam və vətənində olan (səfərdə olmayan) insanlar üçün vacib etmişdir. Oruc tutmaq üçün lazım olan şəraitə sahib olduqda bu vacibi yerinə yetirməmək haramdır.  

Məscidul-Əqsanın müftisi vurğulayıb: Hər hansı bir məntiqi səbəblə (xəstəliyi olanlar, zəruri dərmanlardan istifadə edənlər və ya fiziki vəziyyətinə və ya düşdüyü şəraitə görə aclığın dözülməz olması) oruc tuta bilməyənlər, iftar edə bilərlər. Allahın dinində çətinlik yoxdur. İnsanın oruc tutmaq üçün qadir olub olmamasını isə əvvəl özü və sonra da həkim təyin edə bilər.   

3892312

 

captcha