IQNA

 Koronavirusa görə qərara alınmış qanunlar Ramazan ayında da keçərlidir

19:23 - April 19, 2020
Xəbər sayı: 3487108
Tehran (IQNA) - Müsəlman alimlər heyəti koronavirusun yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlərin və qərara alınmış qanunların mübarək Ramazan ayında da riayət edilməsini istəyiblər.

Səudiyyə Ərəbistanın müsəlman alimlərinin elmi heyəti bu gün (19 Aprel 2020) bəyaniyyə yayaraq müsəlmanlardan Ramazan ayının ayinlərini yerinə yetirməklə yanaşı koronavirusun yayılmasının qarşısını almaq üçün qərara alınmış qanunlara da əməl etmələrini istəyib.

Elmi heyət bütün müsəlmanlardan öz ölkələrində koronavirusa qarşı nəzərdə tutulmuş qabaqlayıcı tədbirlərə və qanunlara rayət etmələrini istəyib.

Onlar əlavə ediblər ki, müsəlmanlar yaşadıqları ölkələrin evdə qalmaq, məscidə getməmək və təravih namazı qılmamaq və kütləvi iftar süfrələri təşkil etməmək kimi göstərişlərinə əməl etsinlər.

Son məlumatlara görə Səudiyyə Ərəbistanında 8 274 nəfər koronavirusa mübtəla olub. Onlardan 92 nəfəri həyatını itirib.   

3892722

Teqlər: ramazan ، koronavirus ، səudiyyə
captcha