IQNA

əl-Əzhər Ramazan ayı üçün faydalı tövsiyələr verib

16:18 - April 20, 2020
Xəbər sayı: 3487114
Tehran (IQNA) -  Misrin əl-Əzhər Beynəlxala İslam Mərkəzi müsəlmanlara karantində olduqları günlərdə faydalı Ramazan keçirmələri üçün bəzi tövsiyə və təkliflər verib.

Əxbarul-Youm informasiya portalının verdiyi xəbərə görə, əl-Əzhər İslam Mərkəzinin "Fətva" idarəsi koronavirusa görə məscidlərə getmək məhrum edilən və mübarək Ramazan ayını evlərində keçirəcək müsəlmanlara faydalı tövsiyələr verib.

əl-Əzhər İslam Mərkəzi müsəlmanlara evdə keçirəcəkləri mübarək Ramazan ayını qənimət saymalarını tövsiyə edərək bildirib:

Ramazan ayının hər dəqiqəsini ibadətlə məşğul olun, bir anı belə faydasız şeylərə xərcləməyin. İbadət ayını ibadət üçün qənimət sayın. Çoxlu dua edin ki, oructutan şəxsin duası qəbuldur.  

Ramazan Quranın nazil olduğu aydır, buna görə də öz ailənizlə davamlı olaraq birlikdə Quran oxuyun.

Namazlarınızı vaxtında qılın və ailənizlə camaat namazı təşkil edin. Ailənin oğlan uşaqları birinci sırada və qız uşaqları və gəlinlər arxada sırada dayanaraq camaat namazı qılsınlar.

Sübh namazından sonra Gün çıxanadək səcdə və zikrlər edin. Sonra iki rəkət namaz qılın. Bu namaza Həcc və Ümrə ziyarəti savabı yazılacaq.

İftar və imsak vaxtı ailəvi süfrəyə əyləşin. Birlikdə yemək yeyin. Çünki bu Peyğəmbərin sünnəsidir və Allah buna görə süfrənizi bərəkətli edəcək.

Hər gün fəqirlərə baş çəkin. Hər gün ən azı bir oructutana iftar verin.

Koronavirusun yayılmasını önləmək üçün verilən göstəriş və qaydalara əməl edin. Adi günlərdə məscidləri abad etməyin və məsciddə namazqılmağın savabı nə qədər idisə, insanların canını qorumaq üçün məscidə getməməyin də o qədər savabı vardır.     

3892868

captcha