IQNA

Sə`dinin məzarı; Ədəbiyyat və memarlıq incəsənətinin cilvəsi

İranlı sufi şair və irfan ustadı, dünya şörhətli Fars şairi Sə`di Şirazinin məzarı İran İslam Respublikasının Şiraz şəhərində yerləşir. Bu yer Sədiyyə adlanır.

Sə`di Şirazi hicri-qəməri tarixi ilə 7-ci əsrin tanınmış şairlərindəndir. Ədəbiyyat və söz əhli ona "Söz Şahı" və "Şeyxul-Əcəl" ləqəbi veriblər.
Bu şairin qəbiri üzərində tikilmiş türbə İran memarlıq üslubu ilə tikilib. Binada işlənmir qədim və modern memarlıq ünsürləri türbəyə xüsusi gözəllik vermişdir.