IQNA

Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyası virtual keçirildi

12:37 - April 22, 2020
Xəbər sayı: 3487121
Tehran (IQNA) -  Fələstində "Nikbət" gününün yetmiş ikinci il dönümündə Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyası online və virtual keçirildi.

Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyası çərçivəsində keçirilən virtual konfrnasda xaricdə yaşayan fələstinli fəallar online iştirak ediblər.
Terrorçu Amerika prezidenti Donld Trampın sionistlərin leyhinə və Fələstinin dini və milli kimliyinin məhv edilməsi üçün hazırladığı "Əsrin Müqaviləsi" layihəsinə qarşı keçirilən Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyası "zoom" videokonfrans sistemi ilə iclas keçirib.
Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyasının bu ilkin konfransı "2020-də Fələstinə bağlılıq" devizi ilə keçirilib.
Konfrans Fələstin milli himninin və Fələstinin kimliyini qoruma beynəlxalq kampaniyasını tanıdan videonun ekranı ilə başlayıb.
Qeyd edək ki, bu kampaniya 2010-cu ildən başlayıb və hər il keçirilir. Kampaniyanın hədəfi Fələstin xalqında bir-birinə bağlılıq, vətən sevgisi hislərini gücləndirmək, Fələstinin bayraq, milli geyim və milli-mədəni irsini qorumaq və Fələstin millətinin hüquqlarının bərpası və bu istiqamətdə qrup və fərdi şəkildə fəaliyyətlərin aparılmasını tənzimləməkdir.     
3893179

captcha