IQNA

Qəzzalıların Ramazan ayına hazırlığı

Qəzza camaatı da digər müsəlman ölkələrində olduğu kimi mübarək Ramazan ayını xüsusi ayin, adət və ənənələrlə qarşılayırlar.

Onlar koronavirus pandemiyasının insanların həyatına kölgə saldığı bir zamanda mübarək Ramazan ayına hazırlaşırlar. Amma bu il onlar üçün hər ildə olduğandan vəziyyət daha çətindir. Çünki həm yaşadıqları çətin şərait, həm koronavirus pandemiyasının yaratdığı problemlər və həm də Ramazan ayına hazırlıq onları daha çox çətinliklərlə üzləşdirib.