IQNA

Sionist rejimi Fələstinlilərin evlərini dağıdır

12:44 - April 27, 2020
Xəbər sayı: 3487146
Tehran (IQNA) -  Sionist yəhudi rejimi Fələstinin yəhudiləşdirilməsi siyasəti yönündə fələstinlilərin İordaniya çayının qərb sahillərində yerləşən əkin sahələrini və evlərini dağıtmaq əmri verib.

Qəzza zolağının şimalında yerləşən Salfit şəhərinin meri Abdullah Kümeyl mətbuat konfransında deyib: Sionist yəhudi rejimi Fələstin xalqının koronavirusa görə çətin günlər yaşadığı bir vaxtda bu məsələdən öz çirkin oyunlarını irəli aparmaq və gəlmə yəhudilərilərə qəsəbə salmaq üçün sui-istifadə edir.

Salfit şəhərinin meri vurğulayıb ki, qanuni yollardan istifadə edərək Fələstinin yəhudiləşdirilməsi layihəsinin qarşısını almağa çalışacaq.

O, Fələstin xalqından istəyib ki, öz əksin sahələri və əmlaklarını qorusunlar və sionistlərin işğalçı təhdidlərinə təslim olmasınlar.

Digər tərəfdən isə sionist rejimi İordaniya çayının qərb sahillərində fələstinli vətəndaşların qanunsuz həbsini davam edir. Bu rejim Bazar günün (26 Aprel 2020) əl-Xəlildə 2, Turda 1 və Qüdsdə 3 fələstinli cavanı həbs edib.      

3894547

captcha