IQNA

ÜST: Oruc tutmaq bədənin təhlükəsizlik sistemini gücləndirir

9:45 - April 29, 2020
Xəbər sayı: 3487154
Tehran (IQNA) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq hazırlıq və tənzimləmə proqramı məsulu elan edib ki, oruc tutmaq bədənin immun sistemini gücləndirir.

"əl-Yavmus-Sabe"nin verdiyi xəbərə görə, ÜST-nın beynəlxalq hazırlıq və tənzimləmə proqramı məsulu Dr. Daliya Samhuri bu təşkilatın videokonfrans vasitəsi ilə təşkil etdiyi mətbuat toplantısında deyib: oruc tutmaq bədənin immun sistemini gücləndirir.

Samhuri əlavə edib: Ümumdünya Səhiyyə Təşkilatının son günlərdə namaz, oruc və Ramazan ayındakı qida rejimi ilə bağlı yaydığı yeni qida proqramına əsasən mayelər çox içilməli və bədəni yormayan idman fəaliyyətləri yerinə yetirilməlidir.

O vurğulayıb: Koronavirusun qarşısının alınması üçün toplantıların qarşısı alınsın və siqaret çəkilməsi ciyərin fəaliyyətinə mənfi təsir göstərdiyi üçün tərk edilsin.

Ümumdünya Səhiyyə Təşkilatının digər məsul üzvü Dr. Əhməd Münzəri vurğulayıb ki, "covid-19" virusunun vaksen və dərmanın hazırlanması üçün işlər gedir və vaksin əldə edilən kimi bütün dövlətlərə ədalətli şəkildə paylanılacaq.

3895107

captcha