IQNA

 Həzrət Zeynəbin (s) hərəmindən Quran tilavəti yayımlanır

1:25 - April 30, 2020
Xəbər sayı: 3487158
Tehran (IQNA) -  Suriyanın Dəməşq şəhərində Həzrət Zeynəbin (ə) hərəmindən sosial şəbəkələr üzərindən onlayn Quran tilavəti yayımlanır.

Quran tilavəti proqramı Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Dəməşqdəki şöbəsinin təşəbbüsü ilə beynəlxalq dərəcəli Quran qariləri tərəfindən həyata keçirilir.

Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Dəməşqdəki şöbəsinin məsul işçisi Əli Əbulhəsən bu barədə deyib: Suriya Darul-Quran şöbəsi hər il mübarək Ramazan ayında müxtəlif Quran proqramları icra edir. Bu il koronavirusun yaratdığı problem səbəbi ilə insanların evdən kənara çıxmadıqlarına görə Həzrət Zeynəb (ə) hərəminin hər gün bir cüz Quran tilavəti proqramı sosial şəbəkələr üzərində onlayn yayımlanır.

O əlavə edib: Hədəfimiz insanları Qurani-Kərimlə daha çox üns qurmağa təşviq etmək, Quran maarifini yaymaq və insanlara Quranla üns qurmaq üçün istənilən məkanda şərait yaratmaqdır.

3895301

captcha