Bu mərasimdə Nəcəf əyalətinin müxtəlif rayon və qəsəbələrindən olan 60 yeniyetmə Quran qarisi hər birisinə yarım cüz (bir hizb) Quran tilavət etməklə gün ərzində Qurani-Kərimi xətm edirlər.
İmam Əli (ə) hərəminin informasiya portalının Quran bölməsinin verdiyi xəbərə görə, bu xətm mərasimi hərəmin Darul-Quran idarəsinin təşəbbüsü ilə beş ildir ki, davamlı şəkildə keçirilir.
Bu mərasim hər gün yerli vaxtla saat 15:30-da başlayır və hərəmin peyk tv kanalı vasitəsi ilə canlı yayımlanır. 3895588