IQNA

 Tələbələr arasında ən yaxşı Quran tilavəti yarışı keçiriləcək

11:21 - May 02, 2020
Xəbər sayı: 3487168
Tehran (IQNA) -  Mübarək Ramazan ayı münasibəti ilə Misrdə universitet tələbələri arasında ən yaxşı tilavət Quran yarışı keçiriləcək.

Misrin "iqtisadiyyat" (əl-malnews) informasiya portalının verdiyi xəbərə görə, Qahirə universitetinin rəisi Məhəmməd Osman əl-Xəşt bu barədə deyib:

"Tələbələr mübarək Ramazan ayının 20-dək öz tilavətlərinin video faylını universitetin e-mail ünvanına (youth.cu.edu.eg2020@gmail.com) göndərməlidirlər.

Tilavət Quranın qiraət qaydaları ilə səhih icra edilməli, təqlidi olmamalı, məşhur 7 qiraətdən birinin əsasında və 3 dəqiqə müddətində olmalıdır.

Bu yarışlar Misr Quran tilavəti məktəbi ruhunu diriltmək və məşhur Quran qarilərinin yolunu davam etdirə bilən yeni nəsil qarilər yetişdirməkdir.    

3895630

captcha