IQNA

İŞİD-in Kərbəlaya hücumu nakam qaldı

12:43 - May 03, 2020
Xəbər sayı: 3487177
Tehran (IQNA) -  İraqın "Həzrət Abbas (ə)" adına 2-ci hərbi briqadası İŞİD terrorçularının Kərbəlanın qərbinə etdiklərin hücumun qarşısını alıb.

"Bağdad əl-Youm" informasiya portalının verdiyi xəbərə görə, bu barədə  İraqın "Həzrət Abbas (ə)" adına 2-ci hərbi briqadası bu gün (3 May 2020) məlumat yayıb.

Məlumatda deyilir ki, İŞİD terrorçuları bu gün səhər Kərbəlanın "ən-Nüxəyb" rayonuna hücum təşkil ediblər. Terrorçular hücum zamanı ər-Rəmadi səhrası yolundan istifadə ediblər.  

"Həzrət Abbas (ə) briqadası" tərəfindən hücumun qarşısı alınıb.

3896033

captcha