Türkiyənin tanınmış xətibi Ömər Döngəloğlu vəfat edib. İlahiyyatçı Ədirnəqapı şəhidlik məzarlığında dəfn olunub. Onun koronovirusdan vəfat etməsi haqqında fikirlər səslənir.
İslam tarixçisi və dini araşdırmaçı yazar Ömər Döngəloğlu Peyğəmbər (ə) Əhli-beytinə xüsusi məhəbbəti olan biri idi. Dəfələrlə efirdə əhli-sünnə məzhəbini Kərbəla şəhidlərinə yas saxlamağa dəvət etmiş, İmam Hüseyn (ə) və övladları üçün göz yaşı tökmüşdü.
Xatırladaq ki, son bir ay ərzində Türkiyədə koronovirus səbəbilə ikinci Əhlibeytsevər sünni alimidir ki dünyasını dəyişir. Bundan öncə aprel ayının ortasında tanınmış Türk ilahiyyatçısı və Əhli-Beyt sevdalısı professor Haydar Baş vəfat etmişdir.
Türkiyə prezidenti İlahiyyatçının vəfatı münasibəti ilə ailəsinə başsağlığı verib.