IQNA

Ərəbistan Yəmən savaşından çıxmaq üçün ciddi iradəyə malik deyil

10:22 - May 06, 2020
Xəbər sayı: 3487192
Ərəbistan Yəmən savaşından çıxmaq üçün ciddi iradəyə malik deyil. Yəmənin İrandakı səfiri belə deyib. O, sonra bildirib: Əgər Ərriyad rəsmiləri savaşın bitməsini istəsəydilər, atəşkəsi bərqərar edib, ona sadiq qalmaqla siyasi müzakirələr masası arxasına keçərdilər.

Yəmənin İrandakı səfiri Seyyid İbrahim Əldiyləmi «İran-Press» ilə eksklüziv müsahibədə Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzə başlamaq üzrə hədəflərini şərh edib. Deyib ki, təcavüzkar və terrorçu səud rejimi ABŞ və sionist rejimin həmkarlığı ilə öz daxili və xarici maraqlarına çatmaq üçün Yəmənlə savaşa giribdir.

Əldiyləmi Ərəbistanın Yəməndəki geopolitik vəziyyətinin geri qaytarılması, səud vəliəhdi Muhəmməd bin Salmanın qüdrət kürsüsündə əyləşməsinə hazırlıq, işğalçı sionist rejimlə münasibətləri adiləşdirmək və qüdrəti ələ keçirmək üçün Ərriyadın tabeliyində olan yəmənli qruplara köməyi Ərriyad başçılarının Yəmənə qarşı hücum və savaşın başlanmasının mühüm məqsədlərindən adlandırıb.

O, Yəmən savaşının bu ölkə xalqının səhiyyə və qida vəziyyətinə təsiri və beynəlxalq təşkilatların Yəmən böhranı qarşısındakı addımları barədə belə deyib: Müharibənin iqtisadi, məişət və səhiyyə sektorlarındakı təsir və nəticələri faciəli olub və beynəlxalq təşkilatlar bu ölkə xalqına yardım üzrə vəzifələrinə layiqincə əməl etməyiblər.

Yəmənin Tehrandakı səfiri həmçinin Səudiyyə Ərəbistanından kompensasiya almaq istiqamətində Sənanın beynəlxalq təşkilatlarda gördüyü tədbirlər barədə isə belə söyləyib: Beynəlxalq qanunlara əsasən, Ərriyad və Ərəbistana silah ixrac edən ölkələr, o sıradan əmirliklər və Amerika Yəmənin infrastrukturlarını məhv etdiklərinə görə, bu ölkənin hökuməti və xalqına kompensasiya ödəməlidirlər.

İbrahim Əldiyləmi yəmənli qüvvələrin Ərəbistanın Aramko neft təsisatlarına qarşı raket hücumlarının region və dünya səviyyələrindəki rezonansları və onun siyasi müzakirələrə təsiri barədə deyib: Bu hücumlar dünya ictimiayyətinin Yəməndəki faciəli vəziyyətə olan baxışının dəyişməsinə və bu ölkə böhranı üçün siyasi bir həll yolunun tapılmasına diqqətin yetirilməsinə səbəb oldu.

O, Aramko şirkətinə qarşı hücumda İranın əlinin olması və Yəmənə silah yardımına dair İrana vurulan ittihamlar haqda söyləyib: Yəmənin mühasirədə və bu ölkənin bütün sərhədlərinin bağlı olduğu bir şəraitdə istər İran, istərsə də hər hansı digər bir ölkə tərəfindən bu ölkəyə slah və sursatın göndərilməsindən danışmaq mənasızdır.

Yəmənin Tehrandakı səfiri həmçinin bu iddiaların hazırkı şəraitdə irəli sürülməsində məqsədi, təcavüzkarların bu ölkədəki məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Yəməndəki vəziyyət barədə qeyri-real bir görüntü yaratmaq adlandırıbdır.

Mənbə: Sahartv

Teqlər: ərəbistan ، yəmən ، iqna ، tehran
captcha