İmam Əli (ə) hərəminin informasiya portalının verdiyi xəbərə görə, bu yarışların keçirilməsinin koordinatoru Əmmar Talib Musəvi bu barədə deyib: Yarışların keçirilməsi barədə sosial şəbəkələrdə elan verildikdən sonra 100 qari öz tilavətlərini yarışların keçirilməsi komitəsinə göndərib. Onların arasından 45 tilavət seçilərək sonrakı mərhələyə göndərilib.
O əlavə edib: Bu yarışların ikinci mərhələsində 15 nəfər iştirak edəcək. Hakimlər heyəti tilavətləri muğam, səs, təcvid və vəqf və ibtida qaydaları üzrə dəyərləndirəcəklər.
Yarışlar hər gün 3 nəfərin iştirakı ilə İmam Əli (ə) hərəminin peyk kanalından canlı yayımlanacaq.
Yarışların ilkin mərhələsi Ramazan ayının əvvəlindən başlayıb və mübarək ayın 15-dək davam edəcək.
Müsabiqənin ikinci mərhələsi Ramazan ayının 17-dən 23-dək davam edəcək. Bu mərhələdə 15 nəfər iştirak edəcək. Onların beş nəfəri final mərhələsinə keçə biləcək.
Yarışların final mərhələsi Ramazan ayının 28-də üç nəfər arasında keçiriləcək və qaliblər elan ediləcək.