IQNA

Qədr gecələrində nə baş verir?

13:17 - May 11, 2020
Xəbər sayı: 3487220
Tehran (IQNA) - İmam Sadiq (ə) buyurdu: Xeyr, Vallah. Bu məsələ (ruzilərin bəndələr arasında bölüşdürülməsi) təkcə Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrində baş verir.

Şiə məzhəbinin görkəmli hədis ustadı, hədis ravisi və ən mühüm hədis məcmuəsinin müəllifi Siqətul-İslam Şeyx Kuleyni (vf. 329 hq) dəyərli "əl-Kafi" kitabında mübarək Qədr gecələrində nə baş verməsi və hansı gecələrin Qədr gecələri olması barədə müxtəlif hədislər nəql edib. Bu hədislər hamısı dəlalət edir ki, Qədr gecələri bu üç gecədən biridir. Əlbəttə 21 və 23-cü gecələr üzərində daha çox təkid edilib. Hər üç gecəsinin Qədr gecəsi olması barədə isə aşağıdakı hədisi nəql edir:
Məhəmməd ibn Yəhya Məhəmməd ibn Əhməddən, o da Məhəmməd ibn İsadan, o da Əbi Əbdillah Mömindən, o da İshaq ibn Əmmardan belə nəql edir ki:
مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ أَحْمَدَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ أَبِي عَبْدِ اللَّهِ الْمُؤْمِنِ عَنْ إِسْحَاقَ بْنِ عَمَّارٍ قَالَ: سَمِعْتُهُ يَقُولُ وَ نَاسٌ يَسْأَلُونَهُ يَقُولُونَ الْأَرْزَاقُ‏ تُقَسَّمُ‏ لَيْلَةَ النِّصْفِ‏ مِنْ‏ شَعْبَانَ؟‏
İshaq ibn Əmmar deyir: İmam Cəfər Sadiqin (ə) camaatın suallarına cavab verdiyini gördüm. Eşitdim ki, camaat ondan soruşurlar: "Ruzilər Şəban ayının yarısında (15-ci gecə) paylaşılırmı?"
فَقَالَ (ع): لَا وَ اللَّهِ مَا ذَاكَ إِلَّا فِي لَيْلَةِ تِسْعَ عَشْرَةَ مِنْ شَهْرِ رَمَضَانَ وَ إِحْدَى وَ عِشْرِينَ وَ ثَلَاثٍ وَ عِشْرِينَ
İmam Sadiq (ə) buyurdu: Xeyr, Vallah. Bu məsələ (ruzilərin bəndələr arasında bölüşdürülməsi) təkcə Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrində baş verir.
فَإِنَّ فِي لَيْلَةِ تِسْعَ عَشْرَةَ يَلْتَقِي الْجَمْعَانِ وَ فِي لَيْلَةِ إِحْدَى وَ عِشْرِينَ يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ وَ فِي لَيْلَةِ ثَلَاثٍ وَ عِشْرِينَ يُمْضَى مَا أَرَادَ اللَّهُ عَزَّ وَ جَلَّ مِنْ ذَلِكَ وَ هِيَ لَيْلَةُ الْقَدْرِ الَّتِي قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ- خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
"Həqiqətən də 19-cu gecədə Allah-Taala qəza, qədər, önə düşəcək, gecikəcək olan hər bir şeyi qərarlaşdırır, 21-ci gecədə bütün işlərə yenidən baxılır və hökm verilir (insanlar 19 və 21-ci gecədəki dua və əməlləri ilə nəyisə dəyişmək fürsətləri var) və 23-cü gecədə Allahın iradə etdikləri qəti əmrlə imza edilir. Və bu, Allahın "min gecədən xeyirlidir" buyurduğu Qədr gecəsidir."
Bu hədisi aşağıdakı hədis də gücləndirir. Zürarə İmam Sadiqdən (ə) nəql edir:
التَّقْدِيرُ فِي لَيْلَةِ تِسْعَ عَشْرَةَ وَ الْإِبْرَامُ فِي لَيْلَةِ إِحْدَى وَ عِشْرِينَ وَ الْإِمْضَاءُ فِي لَيْلَةِ ثَلَاثٍ وَ عِشْرِينَ
"TƏQDİR" (əməl dəftərlərinin araşdırılması və gələn il üçün baş verəcəklərin miqdarının təyin edilməsi) 19-cu gecədə, "İBRAM" (təqdirin qərara alınması və imza üçün hazırlanması) 21-ci gecədə və "İMZA" 23-cü gecədə olur.
P.S: Müxtəlif əxlaq və irfan ustadları Qədr gecəsi ilə bağlı söhbətlərində buyurlar ki, əməllərin 19-cu gecədə yoxlanılması, 21-ci gecədə dəqiqləşdirərək imzaya hazırlanması və 23-cü gecədə imza edilməsinin hamısı İmam Zamanın (ə.f) iştirakı ilə həyata keçirilir. Və Qədr gecəsinin 3 gecədə yayılması Allahın İslam ümmətinə lütfüdür, verdiyi fürsətdir ki, Qədr gecələrinin əhatə etdiyi 4-5 gün müddətində pis əməllərimizdən tövbə edək, nəfsimizi hesaba çəkək, gecələri oyaq qalaraq dua edək ki, əməl dəftərimizdə İmam Zamanın (ə) barəmizdə şəfaət etməsi üçün bir bəhanə olsun.
Mənbə: Şeyx Kuleyni, "əl-Kafi", c.4, s.158, hədis:8 və 9, "babun fi ləylətil-Qədr".
captcha