Koronavirus padnemiyası səbəbi ilə məhdud sayda insanın iştirak etdiyi mərasimdə İmam Əliyə (ə) əzadarlıq edilib.
Kufə məscidinin idarə heyəti koronavirusa görə tətbiq edilən məhdudiyyətlər səbəbi ilə əzadarlığa gələnlərə ehsan ikram edilmədiyi üçün üzrxahlıq edib.
Həmçinin İmam Əlinin (ə) hərəminin idarə heyəti və Nəcəf əyalətinin koronanın yayılmasının qarşısını alma komitəsi Müttəqilər Mövlasının (ə) əzadarlığı günlərində və Fitr bayramında zəvvarların Nəcəf əyalətinə qəbul edilməyəcəyini bildirib.