IQNA

 Yaşlı nənə Quranı əzbərlədi

23:52 - May 13, 2020
Xəbər sayı: 3487233
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanında 98 yaşlı qoca nənə uzun illər zəhmət çəkdikdən sonra Qurani-Kərimin hamısını əzbərləməyə müvəffəq olub.

Səmra Məhəmməd Zafir əl-Ümeyri əş-Şəhri adlı 98 yaşlı qoca nənə bütün Quranı hifz edərək insan iradəsinin hər bir yaşda öz sözünü deyə biləcəyini bir daha isbat edib.

Səmra nənə orta məktəbin cəmi altı ibtidayi sinifini oxuyub. 1409-cu hicri-qəməri (32 il öncə) Həfər əl-Batin və Xəmis Məşit şəhərlərinin Quran hifzi kurslarında iştirak etməyə başlayıb.

Sonradan Quran hifzini Tənumə əyalətinin "Ayat" Quran Hifzi Cəmiyyətində davam etdirib. Uzun illər tam ciddiyyət və möhkəm əzm və iradə ilə Quran hifzini davam etdirən nənə sonda Quranı əzbərləyə bilib.   

3898600

captcha