IQNA

Ramazan ayının son 10 günlüyündə Əqsa məscidi açılsın

10:47 - May 14, 2020
Xəbər sayı: 3487235
Tehran (IQNA) - "Beytul-Müqəddəs Mədəni Birliyi"nin rəisi İordaniyanın İslami Fondlar nazirindən mübarək Ramazan ayının son 10 günlüyündə Əqsa məscidinin qapılarının ibadət üçün açılmasını istəyib.

Məhəmməd əl-Bəzur ("Beytul-Müqəddəs Mədəni Birliyi"nin rəisi) məktub yazaraq İordaniyanın Dini İşlər və İslami Fondlar naziri Məhəmməd əl-Xəllalilədən istəyib ki, sionistlərin May ayının 22-də (29 Ramazan) Əqsa məscidinə hücumunun qarşısını almaq üçün Əqsa məscidinin qapılarını açsın.

O vurğulayıb: Sionistlər koronavirus pandemiyasından sui-istifadə edərək Əqsa məscidinin idarəçiliyini İordaniya İslam Fondlar Nazirliyinin əlindən alaraq özləri sahiblənmək istəyirlər.

Məhəmməd əl-Bəzur məktubda İslami Fondlar nazirindən Əqsa məscidini və işçilərini İsrail polisindən qorumaq üçün siyasi dəstək və qətiyyətli mövqe sərgiləməsini istəyib.  

3898851

captcha