IQNA

Rusiya İslam Təşkilatının Ramazan ayında ehsan təşəbbüsü – Video

11:31 - May 16, 2020
Xəbər sayı: 3487242
Tehran (IQNA) -  Rusiya İslami Xeyriyyə Təşkilatı Ramazan ayında kasıbların iftar süfrələrinə toplaşması məhdudiyyətini nəzərə alaraq onlara yemək çatdırmaqla qidaya olan ehtiyaclarını təmin edib.

Rusiya Federasiyasının Tatarıstan respiblikasının Kazan şəhərinin İslami Xeyriyyə Təşkilatının könüllü işçiləri cəmiyyətin yoxsul təbəqələrinə qida məhsulları çatdırmağı ikiqat artırıb.

Onlar hər gün müxtəlif yeməklər bişirir, koronavirusa görə maddi sıxıntıda olan və evlərindən çölə çıxa bilməyən ailə və şəxslərə, habelə yetimxana və qocalar evlərinə isti yeməklər çatdırırlar.

Bu işin maddi büdcəsini Kazan şəhərinin "Yardım Milli Xeyriyyə Fondu" (The National Islamic Charitable Foundation Yardem) təmin edir.

Kazan şəhərinin İslami Xeyriyyə Təşkilatının könüllü işçiləri deyirlər ki, hər gün 2000 civarında insana yemək çatdırılır. Yeməklərin paylanması hər gün Zöhrdən sonra saat 14:00 radələrinə başlayır. Bu işdə koronavirusa qarşı sanitariya qaydalarına tam riayət edilir. 3898607

YARDIM təşkilatının işləri barədə video izləmək üçün tıkla: Kazan, YARDIM Milli Xeyriyyə Fondu

 

Teqlər: ramazan ، kazan ، iftar ، koronavirus
captcha