IQNA

Karantin dövründə Quranı onlayn kitabət etdilər

5:01 - May 18, 2020
Xəbər sayı: 3487253
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın əş-Şərqiyyə əyalətinin 10 nəfər hüsnxətt ustadı Qurani-Kərimin bir cüzünü mübarək Ramazan ayı boyunca müştərək və onlayn kitabət ediblər.

Bu on nəfərlik hüsnxətt qrupu koronavirusa görə karantin müddətində evdə qalmağı Quran kitabət etmək üçün yaxşı fürsət hesab ediblər və bir cüz Quranı Mədinə müshəfi əsasında Nəsx xətti ilə yazıblar.

Sosial şəbəkələr vasitəsi ilə bir-birləri ilə əlaqədə olan hüsnxətt ustadlarının hər biri iki səhifə a3 kağızda Qurani-Kərimi Osmani rəsmül-xətti, Həfsin Asimdən rəvayətinə və "Məlik Fəhəd" nəşriyyatının Mədinə müshəfinə əsasən kitabət ediblər.

Onlar əsərlərinin sərgisini də onlayn təşkil ediblər. Yeni ərsəyə gətirilmiş əsərə hələ ad seçilməyib.

3899521

Teqlər: kitabət ، hüsnxətt ، Asim ، Həfs
captcha