IQNA

Quranda danışılan 40 qadın barədə kitab yazıldı

12:06 - May 18, 2020
Xəbər sayı: 3487254
Tehran (IQNA) -  BƏƏ-də yaşayan xanım Ceyhan Məhmud Mütəvəlli Qurani-Kərimdə həyat dastanları rəvayət edilən qadınların həyat dastanı və şəxsiyyətləri barədə kitab yazıb.

"Qurani-Kərimdə 40 qadın" adlanan bu kitab bir neçə il öncə nəşr edilmişdi. Yeni çapında isə Quranın danışdığı bəzi yeni şəxsiyyətlərin həyat dastanı da kitaba əlavə edilib.

Müəllif kitabda Quranın danışdığı qadınların şəxsiyyəti, xüsusiyyəti, onların müsbət və mənfi xarakterləri və yaşadıqları şəraitə uyğun olaraq seçdikləri həyat yolları və yaşam tərzlərini şərh etmişdir.

Ceyhan Məhmud Mütəvəlli Həzrət Xədicənin həyatını oxşarsız və bənzəri olmayan bir yaşam tərzi hesab edir və onu "Anacasına rəhbərlik" adlandırır. Yaşadığı dövrdə qadınların yazıb-oxumaq bilmədiyi bir halda Həzrət Xədicənin (s) savadlı olmasını, Quran əzbərləməsini və çətin anlarda Allahın Rəsuluna (s) hərtərəfli dəstək olmasını önə çəkir.

چک شود//روایت زندگی 40 زن در قرآن به قلم بانوی اماراتی

Müəllif bundan əlavə yoxsula yemək verib özü ac yatan Ümm Səleym bin Milhan və Hüdeybiyyə sülhündən sonra Mədinəyə hicrət edən ilk qadın Ümmü Gülsüm bin Üqbə və Peyğəmbərlə (s) beyət edən digər qadınların həyatını işıqlandırıb.

"İslamda qadın məsələsi və özümün bu məsələyə olan xüsusi marağım səbəb oldu oldu ki, Quranda dastanı keçən qadınlar və həmçinin İslam Peyğəmbərinin (s) zamanında mühüm ictimai təsirə malik və ya barələrində Quran ayəsi nazil olmuş qadınların həyat hekayələrini qələmə aldım" – deyə müəllif "əl-Bəyan" qəzeti ilə müsahibəsində bildirib.   

3899455

captcha