IQNA

Ayətullah Məkarim Şirazi FİTRƏ zəkatının məbləğini elan etdi

11:53 - May 19, 2020
Xəbər sayı: 3487258
Tehran (IQNA) -  Şiələrin mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi müqəllidləri üçün cari ilin FİTRƏ zəkatının məbləğini elan edib.

Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin müqəddəs Qum şəhərində yerləşən dəftərxanasının bu barədə yaydığı məlumata görə, 2020-ci ilin FİTRƏ zəkatının məbləği İran İslam Respublikasının dövriyyədə olan pul vahidi ilə 10 000 (unun qiyməti əsasında) və 30 000 (düyünün qiyməti əsasında) tüməndir.

Bu isə Azərbaycan respublikasının rəsmi pul vahidi ilə adam başına unun qiymətinə görə 1.80 manat və düyünün qiymətinə görə isə 3.50 manat deməkdir.

Qeyd edək ki, FİTRƏ zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların bazar qiyməti ilə hesablanır. FİTRƏ zəkatı verən adam hər nəfər üçün 3 kq. un, düyü və ya xurmanın pulunu ödəməlidir.

Xatırladaq ki, hər kəs öz regionunda gündəlik qida kimi ən çox hansı məhsul istifadə edilirsə, FİTRƏ zəkatını həmin məhsulun qiyaməti ilə hər nəfər üçün 3 kq hesablamalıdır.

3899652

 

captcha