Qeys Əl-Xəzəli qarşıdan gələn Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimət Cəbhəsi Liderləri Birlikdə” adlı canlı yayımlanan proqramda etdiyi çıxışında bunları deyib: “Təcavüzkar rejimin itkisi təkcə Fələstində yox, bütün ərəb ölkələrində olacaq”.
Qeys Əl-Xəzəli daha sonra belə danışıb: “İraq bütün qrupları və qəbilələri sayəsində İsrail rejimi və ABŞ-ın əl işi olan İŞİD-i məğlub edə bildi”.
Şəhidlər Süleymani və Əl-Mühəndisə sui-qəsd edənin ABŞ olduğunu, ancaq sui-qəsdin qərarının İsrail rejimindən gəldiyini bildirən Əl-Xəzəli, bunları deyib: “ABŞ-ın İraqdakı və bölgədəki hərbi mövcudluğuna son qoymaq məsələsi qəti bir məsələdir”.