IQNA

“Suriya ordusu Fələstin müqavimətinə xidmət etmək üçün əlindən gələni edir”

14:50 - May 22, 2020
Xəbər sayı: 3487278
Tehran (IQNA) - Suriyanın baş müftisi Şeyx Hassun Suriya ordusunun bütün gücünü və imkanlarını Fələstin müqavimətinə xidmət üçün təqdim etdiyini söyləyib.

Suriyanın baş müftisi Şeyx Hassun Suriya ordusunun bütün gücünü və imkanlarını Fələstin müqavimətinə xidmət üçün təqdim etdiyini söyləyib.
Şeyx Hassun Suriyanın təkfirçi qrupların törətdikləri cinayətlərə görə ən ağır əvəz ödədiyini bildirib.

“Suriya ordusu bütün gücünü və imkanlarını Fələstin müqavimətinin xidmətinə verdi”, - deyə o, bildirib.

Şeyx Hassun bəzi ərəb ölkələrini işarə edərək, belə deyib: “Sizlər Suriyanın dağıdılması üçün çoxlu pullar xərclədiniz”.

O, bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmaq səylərinə toxunaraq, belə davam edib: “Biz münasibətləri normallaşdırmaq və Əsrin müqaviləsi hiyləsinə qarşı çıxan yeni bir nəslin mübarizə apardığı bir əsrin əvvəlindəyik”.

Teqlər: suriya ، müfti ، qüds ، fələstin ، Şeyx Həssun
captcha