IQNA

Ayətullah Sistani müsəlmanların FİTR bayramını təbrik etdi

15:04 - May 24, 2020
Xəbər sayı: 3487284
Tehran (IQNA) - Dəftərxananın bəyanatında vurğulanır ki, May ayının 24-də Şəvval ayının hilalı çox hündürdə və işıqlı olacaq. Bu isə ayın əvvəlini təyin etmək üçün meyar hesab edilmir.

Şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Ümza Seyyid Sistani mübarək FİTR bayramı münasibəti ilə müsəlmanları təbrik edib, əməllərinin Allah-Taala tərəfindən qəbul olunmasını istəyib və bu bayram münasibəti ilə Allah-Taaladan müsəlmanların ömür və ruzilərinə bərəkət arzulayıb.  

Həzrət Ayətullah Ümza Seyyid Sistani Nəcəf şəhərindəki dəftərxanası FİTR bayramı münasibəti ilə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ayətullah Sistani cənabları üçün Şəvval ayının adi gözlə görünməsi May ayının 23 və 24-də sübuta yetirilmədinə görə, bu gün (24 May 2020) mübarək Ramazan ayının 30-cü günüdür.

Sabah, həftənin Bazar Ertəsi günü, 25 May 2020-ci il, Şəvval ayının biri və FİTR bayramıdır.

Həmçinin bəyanatda vurğulanır ki, May ayının 24-də Şəvval ayının hilalı çox hündürdə və işıqlı olacaq. Bu isə ayın əvvəlini təyin etmək üçün meyar hesab edilmir.

3901103

captcha