Bu barədə İordaniyanın İslami Fondlar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, koronavirusa qarşı mübarizə çərçivəsində fəaliyyəti müvəqqəti olaraq dayandırılmış məscidlərin fəaliyyətlərin bərpasının davamında Əqsa məscidi də həftənin bazar günü (31 May 2020) namazqılanların üzünə açılacaq.
İordaniyanın İslami Fondlar naziri Məhəmməd əl-Xəlayilə bildirib ki, namazqılanlar virusa qarşı önləyici tədbirlərə riayət etməklə Əqsa məscidində namaz qıla biləcəklər.