IQNA

Ramazan ayında Kərbəlanı 95 min nəfər ziyarət edib

22:23 - May 30, 2020
Xəbər sayı: 3487311
Tehran (IQNA) – Mübarək Ramazan ayında Həzrət Abbas (ə) hərəmin təşkil etdiyi uzaq məsafədən "niyabəti ziyarət" layihəsinə 95 min nəfər qoşulub.

Bu işi Həzrət Əbulfəzl Abbasın (ə) müqəddəs hərəminin rəmsi informasiya portalı "əl-Kəfil" həyata keçirib.

Mübarək Ramazan ayında Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbası (ə) ziyarət etmək istəyənlər "niyabətən" (başqasının əvəzində hansısa işi yerinə yetirmək) "əl-Kəfil" saytında dua və ziyarət üçün ad yazdırıblar.

Hərəmin məsulları və işçiləri saytda müxtəlif ölkələrdən qeydiyyatdan keçən 95 min 381 nəfər virtual zəvvarın əvəzinə hərəmləri ziyarət etmiş, Ramazan ayının bəzi əməllərinə yerinə yetirmiş və zəvvarların niyyətinə dualar oxumuşlar.  

Həzrət Abbas (ə) hərəminin informasiya şöbəsinin məsulu Heydər Talibin dediyinə görə, müxtəlif ölkələrdən olan zəvvarlar "əl-Kəfil" saytının Ərəb, Fars, İngilis, Fransız, Urdu, Səvahili, Alman və Türk dilləri bölmələrindən istifadə edərək "niyabəti ziyarət" üçün qeydiyyatdan keçiblər.

O əlavə edib: Virtual ziyarətçilər Həzrət İmam Hüseyn (ə), Həzrət Abbas (ə), İmam Həsən (ə), İmam Əlinin (ə) ziyarətnamələrini oxumağı, Qədr və Fitr gecələrinin əməllərinin "niyabətən" yerinə yetirilməsini istəyiblər.

Ziyarətçilərin əksəriyyəti İraq, İran, Livan, Pakistan, Azərbaycan respublikası, Türkiyə, Hindistan, Səudiyyə və Yəməndən olublar.

Ziyarət üçün Amerika, Rusiya, İngiltərə, Kanada, Avstraliya, Almaniya, Avstriya, İsveç, Brazilya, Argentina, İtaliya, Fransa, İspaniya və digər qeyri-İslami ölkələrdən də ad yazdıranlar olub.

Kərbəlanı "niyabətən" ziyarət etmək istəyənlər qarşıdakı linkdə qeydiyyatdan keçə bilərlər: "əl-KƏFİL"

3901771

captcha