IQNA

İlham Əliyev: Nümayişçilərin öldürülməsi məhz qərb ölkələrində baş verir

13:47 - June 04, 2020
Xəbər sayı: 3487331
Azərbaycan Respublikası Prezidenti bu ölkənin işğal olunmuş torpaqlarında separatçılar tərəfindən keçirilən seçkilər barədə Avropa Şurasının susmasını kəskin qınayıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən Avropa Şurasının Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı susmasının səbəbləri barədə deyib: “Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı.

İlham Əliyev bu kimi halları nəzərə alaraq Avropa Şurasının artıq etimadediləsi qurum olmadığını vurğulayıb və deyib: Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!  Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır.

Prezident İlham Əliyev deyib ki, polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi – bütün bunlar məhz qərb ölkələrində baş verir:

Azərbaycan Respublikası Prezidenti ABŞ-da baş verən irqi ayrı-seçkiliklər və bu kimi hallara etiraz aksiyalarına tətbiq olunan şiddətə eyham vuraraq Avropanın bu kimi hallara susmasını da kəskin qınayıb : “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. 

Mənbə: report.az

captcha