IQNA

Azərbaycanda "Səfəvi şeyxi" adlı roman kitabı çap və nəşr edilib

9:54 - June 07, 2020
Xəbər sayı: 3487348
Tehran (IQNA) -  Azərbaycanlı yazıçı-publisist, dramuturq, tarixçi alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı yeni tarixi romanı Mənəvi Dəyərlərin Təbliği Fondunun köməyi ilə işıq üzü görüb. 

Azərbaycan respublikasının "Mənəvi Dəyərlərin Təbliği Fondu"nun maddi dəstəyi ilə "Səfəvi şeyxi" adlı roman kitabı işıq üzü görüb. Kitabın müəllifi müxtəlif tarixi romanların müəllifi Yunus Oğuzdur.

Səfəvilərin təriqət şeyxləri barədə bəhs edən bu kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıb. Bu, müəllifin 9-cu tarixi romanıdır.
Qeyd edək ki, roman əsasən ilk dəfə olaraq sünnü təriqətindən şiə təriqətinə keçən Şeyx Cüneyddən bəhs edir. Romanda Şeyx Səfidən başlayaraq Şeyx Cüneydə qədər olan şeyxlərin hər birindən bəhs edilib.

Kitabın elektronik formatını qarşıdakı linkdən oxuya bilərsiniz: SƏFƏVİ Şeyxi 

MDTF -  (Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmi informasiya portalı)

 

captcha