IQNA

Fələstin bayrağı Tel-Əvivdə dalğalandırıldı

13:41 - June 07, 2020
Xəbər sayı: 3487351
Tehran (IQNA) -  Fələstin bayrağı işğal edilmiş ərazilərdəki sülhsevərlərin dəstəyi ilə sionist rejiminin ürəyi sayılan Tel-Əvivin mərkəzindəki Rabin meydanında dalğalandırılıb.

İşğal edilmiş Fələstin torpaqlarına SÜLH tələb edən aktivistlər hərəkatı ötən gün, Şənbə, 6 İyun 2020-ci il, qürub çağı sionist rejiminə qarşı etiraz aksiyası keçiriblər.

Aksiyaçılar sionist rejiminin Tel-Əviv adlandırdığı şəhərin mərkəzindəki Rabin meydanında Fələstin bayraqlarını dalğalandırıblar.

Bu yürüşdə iştirak edən  minlərlə insan sionist rejiminin İordaniya çayının qərb sahillərində, İordaniya dərəsi, Ölü dəniz ilə Təbəriya gölünün ortasında   130 qəsəbənin salınmasına və İsrailə ilhaq edilməsinə etiraz ediblər.

Polislər etirazçıları dağıtmaq üçün zor tətbiq ediblər.

Hazırda 600 min yəhudi İsrail rejiminin dəstəyi ilə İordaniya çayının qərb sahillərində yeni salınmış qəsəbələrdə qeyri-qanuni yaşayırlar.

3903424

captcha