IQNA

Federal məhkəmə miqrantların ABŞ-a səfər qadağasını dəstəklədi

11:27 - June 09, 2020
Xəbər sayı: 3487365
Tehran (IQNA) – ABŞ Federal Apelyasiya Məhkəməsi bir neçə ölkənin vətəndaşlarının Amerikaya səfər etmə qadağası qanununu qüvvədə saxlayaraq bu qanun əleyhinə edilən şikayətləri qəbul etməyib.

Həmin ölkələrin vətədanşalrının şikayəti əsasında Richmond şəhər məhkəməsinin hakiminin ABŞ prezidentinin qadağa fərmanını yanlış hesab edib.

Bunun ardınca isə ABŞ Ali Baş Məhkəməsi buna etiraz edərək bu işin prezidentin səlahiyyətləri çərçivəsində ölkənin təhlükəsizliyini təmin etmək hədəfi ilə həyata keçirildiyini elan edib.   

Əksəriyyəti İslam ölkələrinə aid olan bu səfər qadağası qanununu ABŞ prezidenti Donald Tramp üç il öncə və prezident seçildikdən bir həftə sonra imzalamışdı.

Bu qanuna əsasən İran İslam Respublikası, Liviya, Sumali, Suriya, Yəmən, Şimali Koreya, Venezuela, Myanma, Qazaxıstan, Nigeriya, Sudan, Tanzaniya və Eritreya ölkələrinin vətəndaşları Amerikaya səfər edə bilməzlər.

Amerikada yaşayan müsəlman icmaları bildiriblər ki, ABŞ prezidenti bu qanundan miqrantlar əleyhinə sui-istifadə edir.

Amerikanın mədəni azadlıqlar birliyi (ACLU) müsəlmanların bu ölkəyə səfərlərini qadağan edən qanunun ləğv edilməsini tələb edib.   

3903786

Teqlər: abş ، miqrant ، mühacir ، məhkəmə
captcha