IQNA

 Uqandada Cümə namazı xütbələri televiziyadan canlı yayımlanır

0:22 - June 16, 2020
Xəbər sayı: 3487410
Tehran (IQNA) -  Koronavirusa görə insanların məscidlərdə Cümə namazı qıla bilməməsi səbəbi ilə Cümə namazının xütbələri Uqanda milli televiziyasın və Bilal radiosundan canlı yayımlanır.

Cümə namazının və Cümə xütbələrinin müsəlmanlar üçün əhəmiyyətini nəzərə alaraq bu barədə Uqanda Müsəlmanlarının Ali Dini Şurasının rəisi və Uqandanın baş müftisi Şeyx Şəban Ramazan Mubaca və Uqandanın ikinci müftisi Şeyx Süleyman Kasule En Dirangu qərar veriblər.  

Onların fikrincə Cümə namazının xütbələri insanların maariflənməsi, nəfsin təzkiyəsi, insanlarda yüksək dini və dünyəvi görüşün formalaşması və müsəlmanlar arasında vəhdətin qorunmasında yüksək təsirə malikdir.

Buna görə də Cümə namazı qılınmasa da Cümə xütbələrinin virtual məkanda və televiziya vasitəsi ilə yayılması əhəmiyyətli və faydalıdır.  

Uqanda müsəlmanları həftənin Cümə günü evlərində oturaraq Uqanda milli televiziyası və ya Kampala Bilal radiosundan müxtəlif imamların Cümə xütbələrini canlı yayımda dinləyə bilirlər.  

Qeyd edək ki, koronavirusun qarşısının alınması hədəfi ilə önləyici tədbirlər çərçivəsində Uqandada Mart ayından Cümə namazları qılınmır və bütün dini toplantılar qadağandır. 3904992

captcha