IQNA

İraqda "E`rabul-Quran" virtual yarışı keçirilir

18:04 - June 17, 2020
Xəbər sayı: 3487425
Tehran (IQNA) – İraqda İmam Hüseynin (ə) ziyarətgahının Darul-Quran idarəsinin təşəbbüsü ilə "E`rabul-Quran" (Quranın sintaksisi) yarışları başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Hüseyn (ə) hərəminin Darul-Quran informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Həsən Mənsuri (Darul-Quran idarəsinin rəisi) bu yarış barədə deyib: Quran sintaksisi (eerabul-Quran) yarışları Qurani-Kərimin virtual silsilə yarışları çərçivəsində ilk dəfədir ki, keçirilir. Yarışların hədəfi Quranla üns mədəniyyətini və Quran mədəniyyətini cəmiyyətdə gücləndirməkdir.

O əlavə edib: Yarışlarda sualları ehtivan edən formalar virtual olaraq iştirakçılara verilir. İştirakçılar sualları cavablandırdıqdan sonra formanı yarışların keçirilməsi komitəsinə göndərirlər. Komitə cavabları təshih etdikdən sonra imtahanın nəticəsini iştirakçıya elan edir.   

Şeyx Həsən Mənsuri (Darul-Quran idarəsinin rəisi) vurğulayıb: Bu yarışın dini elmi hövzə tələbələri arasında əyani şəkildə keçirilməsi planlaşdırılmışdı. Amma koronavirus pademiyasının yayılması səbəbi ilə yarışların virtual keçirilməsinə qərar verildi.

Qeyd edək ki, yarışlarda verilən suallar Şeyx Məhəmməd Cəfər İbrahim Kərbasinin təlif etdiyi "Eerabul-Quran" kitabə əsasında hazırlanmışdır. Bu kitabda Quranın surə və ayələrinin qrammatik xüsusiyyətləri açıqlanmış və söz və kəlimələrin sintaksis quruluşu (sərf və nəhv) izah edilmişdir.     3905259

captcha