IQNA

Misrin məşhur Quran qarisi Əbdülfəttah Mədkur vəfat etdi

18:31 - June 17, 2020
Xəbər sayı: 3487427
Tehran (IQNA) -  Müsəlman dünyasını və Misrin müasir dövrün məşhur qarilərindən biri olan Şeyx Əbdülfəttah Mədkur Məhəmməd Biyumi ötən gün (16 İyun 2020) 88 yaşında ikən vəfat edib.

Bu barədə "amrkhaled" informasiya portalı məlumat yayıb. Məlumatda deyilir ki, Ustad Mədkur 1932-ci ilin Avqust ayının 28-da Misrin Cizə əyalətinin Əbu Məmrəs qəsəbəsində anadan olub. Onun atası Quran hafizi  və Misrin Şəriət Qaydaları Birliyinin üzvü idi.

Övladı olmayan ata çoxlu dua edir və Allahla əhd bağlayır və nəzr edir ki, əgər övladı olarsa, onu Qurana xidmətçi edəcək. Bu duadan sonra Allah-Taala ona Əbdülfəttahı hədiyyə edir.

Anadan olanda "Şəriət Qanunları Birliyi"nin nümayədnəsi Şeyx Qütb Süleymanın onun qulağına Azan oxuyur.

عبدالفتاح مدکور، قاری مصری درگذشت

Dörd yaşında atası tərəfindən mədrəsəyə göndərilən Məkdur da yaşadığı kəndin Quran məktəbxanasında qiraəti öyrəndi və Quranı hifz etdi. Əmisi Şeyx Həsənə şagirdlik edən Əbdülfəttah 11 yaşında ikən Quranı əzbərləməyə müvəffəq oldu.   

Şeyx Əbdülfəttah Mədkur Məhəmməd Biyumi İslam dünyasının məşhur Quran qiarəti və Qiraət Elmləri ustadlarından biri idi. 3905202

Teqlər: vəfat ، quran hafizi ، quran qarisi ، misr
captcha