Avropa Parlamentinin 60 üzvü Bəhreyn kralı Hamd bin İsa Ali Xəlifəyə məktub ünvanlayaraq həbsxanalarda olan siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər.
17 mart 2020-ci ildə 1786 məhkumun həbsdən azad edilməsini yüksək qiymətləndirdiklərini vurğulayan Parlament üzvləri hələ də həbsxanalarda siyasi məhbusların, o cümlədən hüquq müdafiəçilərin olduğunu diqqətə çatırıblar.
Qeyd edək ki, Bəhreyn Krallığında edam hökmü qüvvədədir və son zamanlar məhbusların edamı Beynəlxalq təşkilatlarda və dünya mətbuatında etirazla qarşılanır. 3905576