IQNA

Qədim və nadir əlyazma Quran nüsxəsi ilk dəfə sərgiyə çıxarılıb

9:20 - June 20, 2020
Xəbər sayı: 3487434
Tehran (IQNA) -  Misrin Bəhrül-Əhmər (Qırmızı Dəniz) əyalətinin əl-Ğərdəqə (Hurghada) şəhərinin tarixi əsərlər muzeyində qədim və nadir əlyazma Quran nüsxəsi ilk dəfə ümumi sərgiyə çıxarılıb.

"əl-Yəvm əs-Sabe"nin verdiyi xəbərə görə, bu qədim və nadir Quran nüsxəsi hicri-qəməri tarixi ilə 1259-cu ildə (1834) Osmanlı imperiyası dövrünün məşhur tarixçisi Seyyid Əli Nuri tərəfindən kitabət edilib.

Nüsxənin ilk səhifəsi müxtəlif rənglərdə bitki şəkilləri ilə təhzib edilib. Səhifənin ortasında Fatihə surəsi yazılıb. İkinci səhifədən isə Bəqərə surəsi başlayıb.

Misrin tarixi əsərlər və turizm naziri Xalid Ənani bildirib ki, Bəhrül-Əhmər (Qırmızı Dəniz) əyalətinin əl-Ğərdəqə (Hurghada) şəhərinin tarixi əsərlər muzeyində 2000 ədəd tarixi eksponant qorunur.

Misrin bu muzeyi koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdən sonra öz fəaliyyətini bərpa edən ilk muzeydir.  /3905614

captcha