IQNA

Məkkə məscidləri bu gündən etibarən açılacaq

9:30 - June 21, 2020
Xəbər sayı: 3487440
Səudiyyə hökuməti, Məkkədəki məscidlərin Korona fəlakəti ilə əlaqədar üç aylıq tətildən sonra bu gün (bazar günü) açılacağını açıqlayıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Səudiyyə İslam İşləri Nazirliyi, namaz qılanların qəbul edilməsi və qarşılanması üçün 1500-ə yaxın məscidin təmizlənməsindən xəbər verib.

May ayının sonlarında Məkkə xaricindəki məscidlər gigiyenik qaydalara əməl edilərək açılıb.

İndiyə qədər Ərəbistanda 150 mindən çox insan koronavirusa yoluxub və 1200 nəfər ölüb.

Müasir tarixində ilk dəfə Səudiyyə Ərəbistanı iki seçimlə qarşılaşır: zəvvarların sayını azaltmaq və yaxud koronavirusun daha da artmasının qarşısını almaq üçün Həcc ziyarətini ləğv etmək.

captcha