IQNA

Vaşinqtonda quldarlıq tərəfdarı olan generalın heykəli yandırıldı

10:34 - June 22, 2020
Xəbər sayı: 3487446
ABŞ-da irqçilik əleyhinə etirazlar davam edir və 19-cu əsrdə quldarlıq tərəfdarı olan ştatlardan qurulan Amerika Konfederasiya Dövlətləri dövründən qalmış heykəllər də etirazçıların hədəfi olub.

ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra başlayan irqçilik etirazları davam edir və 19-cu əsrdə quldarlıq tərəfdarı olan ştatlardan qurulan Amerika Konfederasiya Dövlətləri dövründən qalmış heykəllər də etirazçıların hədəfi olub.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, 1865-ci il iyunun 19-da Vaşinqtonda quldarlığın ləğvinə həsr olunmuş nümayiş vaxtı, etirazçılar Amerika Konfederasiya Dövlətləri dövrünün yeganə heykəli olan general Albert Paykın heykəlini hədəfə alıblar.

Heykəli təxminən 1 saat davam edən bir səylə bağladıqları ipləri çəkərək yerə yıxan etirazçılar, sonra onu yandırıblar.

Heykəlin yerləşdiyi Məhkəmə meydanının qarşısında polis bölməsi olsa da, polis hadisəyə müdaxilə etməyib.

ABŞ-ın prezidenti Donald Tramp Tvitter üzərindən reaksiya verərək, Vaşinqton DC meri Muriel Buseri etirazçıları həbs etməyə çağırıb.

“Vaşinqton polisi heykəlin yıxılmasını və yandırılmasını seyr etməklə məşğul olmur. Bu insanlar həbs edilməlidirlər. Bu ölkəmiz üçün ayıbdır”, - deyə Tramp bildirib.

Teqlər: irqçilik ، quldarlıq ، vaşinqton ، abş ، amerika
captcha