IQNA

"Avropadan fərqli olaraq İranda yəhudilərin təhlükəsizliyi əladır"

12:01 - June 22, 2020
Xəbər sayı: 3487450
Yəhudi ravvini İranda yaşayan yəhudilərin təhlükəsizliyinin əla olduğunu vurğulayıb və İranda yəhudi məktəbləri və ibadət yerlərini qorumaq üçün təhlükəsizlik qüvvələrinə ehtiyac olmadığıni bildirib.

Səhər TV-nin verdiyi məlumata görə, İranın böyük ravvini " Yəhuda Gerami", təkidlə bildirib ki; “sionist rejim yəhudiləri təmsil etmir.”

əl-Monitor xəbər saytına İran yəhudi icması haqqında müsahibə verən Gerami İranda yaşayan yəhudilərin sayına gəlincə, dedi: "Təxmin edirəm ki, İranda 20 – 25 min yəhudi yaşayır, və onların əksəriyyəti Tehran, Şiraz, İsfahan və Kermanşah şəhərlərindədir."

Yəhuda Gerami İrandakı yəhudilərin sosial vəziyyəti barədə deyib: “Tam fikir azadlığımız var. Bütün sinaqoqlar (yəhudi ibadət yerləri) açıqdır və orada Tövrat tədris olunur. Bizdə hər cür təhsil müəssisəsi, o cümlədən ibtidai və orta məktəblər fəaliyyət edir."

İranın baş ravvini Geraminin "Al-Monitor"-a verdiyi müsahibəyə görə, ölkədə yəhudi dini fəaliyyətləri sərbəst və məhdudiyyətsizdir.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan Gerami, blokadanın İrandakı yəhudi icmasına da zərər verdiyini söyləyib.

İranlı böyük yəhudi ravvin ölkədə yəhudilərlə müsəlmanlar arasındakı münasibətlərə toxunaraq deyib: "Müsəlman qonşularımızın İranda yaşayan yəhudilər kimi bizə çox hörməti var. Avropadan fərqli olaraq, İranda yəhudi sinaqoqlarını və məktəblərini qorumaq üçün təhlükəsizlik qüvvələrinə ehtiyac yoxdur və şəxsi təhlükəsizliyimiz əladır. Çoxu bizə hörmət edir və bizimlə sülh içində yaşayır."

"Əhəmiyyətli olan odur ki, İrandakı yəhudilərə mütəşəkkil hücumlar kimi bir şey yoxdur"- deyəYəhuda Gerami əlavə edib.

Gerami vurğularaq bildirib: "Sionizm və yəhudilik arasında böyük fərq var. Yəhudiyət dininin 3300 illik bir tarixi var. Sionizm isə yalnız 100 illik tarixi olan bir siyasi hərəkatdır."

captcha