IQNA

Səudiyyə Ərəbistanı xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi

11:00 - June 23, 2020
Xəbər sayı: 3487457
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib. Buna yeni növ koronavirus pandemiyası səbəb olub.

Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib. Buna yeni növ koronavirus pandemiyası səbəb olub.
Bildirilir ki, bu il Həcc ziyarəti ölkə ərazisində yaşayan müxtəlif millətlərdən olan çox az sayda zəvvarın iştirakı ilə baş tutacaq.
Fevral ayının əvvəlində Səudiyyə hakimiyyəti, COVID-19 epidemiyası səbəbiylə zəvvarlar üçün Məkkə və Mədinəyə girişi müvəqqəti bağlayıb. 
2020-ci ildə Həcc ziyarəti iyulun sonunda baş tutacaq. Hər il mərasimdə 3 milyondan çox müsəlman iştirak edir, bunun 2 milyondan çoxu xaricdən gəlir. /3906343
Teqlər: həcc ، koronavirus ، səudiyyə
captcha