IQNA

İordaniyalılar Quran mərkəzlərinin açılmasını tələb ediblər

19:06 - June 24, 2020
Xəbər sayı: 3487470
Tehran (IQNA) - İordaniya krallığının Quran və dini təlim mərkəzlərinin müdirləri koronavirus səbəbi ilə tətil edilmiş təlim müəssisələri və mərkəzlərinin açılmasını tələb ediblər.

Krallığın mədəniyyət mərkəzlərinin açılması barədə göstərişindən sonra Quran təlimi və dini mərkəzlərin də açılması tələbə ilə çıxış edən müəssisə rəhbərləri bu təlim mərkəzləri, müəssisə və mədrəsələrdə işləyən yüzlərlə insanın işsiz qalmasını önə çəkiblər.

Onlar qeyd ediblər ki, krallıqda 1250 Quran mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 65 qadın və kişi dini təlim alır.

"Futbol klubları, musiqi tədrisi müəssisələri, idman klubları və digər mədəniyyət mərkəzləri öz fəaliyyətlərinə davam edirlərsə, Quran mərkəzləri və dini müəssisələrin də fəaliyyətinə icazə verilməlidir" – deyə dini müəssisələrin müdirləri bildiriblər.  

İordaniya krallaığının böhranın idarə edilməsi komitəsi bu məsələnin araşdırılacağını və digər mərkəz və müəssisələr kimi Quran mərkəzlərinin də fəaliyyətləri barədə qərar veriləcəyini elan edib. /3906736

captcha