IQNA

Kərbəla ziyarətgahlarının bağlanması xəbəri təkzib olundu

19:50 - June 25, 2020
Xəbər sayı: 3487478
Tehran (IQNA) - İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının qəyyumları bu iki müqəddəs türbədə zəvvarların qəbulunun davam etdiyini açıqlayıblar.

İraqın rəsmi xəbər agentlikləri İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının bağlanması xəbərinin doğru olmadığını və bu xəbərlərin şayiə olduğunu bildirib.
Bundan əvvəl İraq mediası çərşənbə günü günortadan sonra İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının sonrakı xəbərdarlığa qədər koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən bağlanacağını iddia etmişdi.
İraqda, o cümlədən Kərbəla vilayətində koronavirus infeksiyasına yoluxma sayının artmasından sonra Kərbəla qubernatoru şəhərdə nəqliyyatın tənzimlənəcəyini elan etmişdi.
Vilayətin yerli rəsmiləri yeni qaydaların həyata keçirilməsinə kömək etmək üçün hərbçiləri prosesə cəlb etmişdilər və Kərbəla şəhərindən yayımlanan görüntülər ordunun şəhərdə yerləşdirilərək insanların (piyada) səyahət etmələrini qadağan etdiyini göstərir. /3906824

 

captcha