IQNA

Şəhid Behiştinin Almaniyada təbliğ illəri – VİDEO

9:55 - June 27, 2020
Xəbər sayı: 3487489
Tehran (IQNA) -  Şəhid Behişti dünyada və İranda çox tanınmış bir ad və simadır. İnsanlar onu İslam dini və İran İslam İnqilabı üçün əvəzsiz və misilsiz xidmətləri ilə xatırlayırlar.

Tehran (IQNA) -  Şəhid Behişti dünyada və İranda çox tanınmış bir ad və simadır. İnsanlar onu İslam dini və İran İslam İnqilabı üçün əvəzsiz və misilsiz xidmətləri ilə xatırlayırlar.

Şəhid Behişti və onun milli məclisdəki həmkarları Tir ayının 7-də terror olunaraq şəhid edildilər.

Şəhid Behişti Əhli-Beyt (ə) məktəbinin, Quran mədəniyyəti və İslam maarifinin təbliği üçün İran və dünyada misilsiz fəaliyyət göstərmişdir.

O, dini və mədəni fəaliyyətlərinin bir qismi də Almaniyada həyata keçirib.

Şəhid Behişti hicri-şəmsi tarixi ilə 1344-cü ildən (55 il öncə) 1349-cu ilədək şiələrin təqlid mərcələrinin tövsiyəsi əsasında Almaniyanın Hamburq şəhərinə səfər edir.

O, iranlıların bu şəhərdəki Came məscidinə sənədləşdirərək İslam Mərkəzinə çevirir. Bununla da burada böyük elmi, dini və mədəni layihələrin icrasına başlayır. Buranı İslam dini üçün Avropada əsas qərargah kimi məşhur edir.

Bundan əlavə xaricdə oxuyan iranlı tələbələrin müstəqil təşkilatını yaradaraq onların fəaliyyətlərini düzgün istiqamətləndirməyə başlayır.

Dr. Behişti burada elmi və mədəni layihələr həyata keçirərək avropalı alimlərin şərqşünaslıq baxışlarında dərin təsir buraxır və onların İslami qaynaqlara baxışlarını şəffaflaşdırır.

Şəhid Behişti 1348-ci ildə İraq, Suriya, Livan və Türkiyəyə səfər edərək bu ölkələrdəki İslami fəaliyyətlərlə maraqlanır. Həmin illərdə Əməl hərəkatının sədri Seyid Musa Sədr ilə görüşür. Fələstin və Livan müsəlmanlarının toplantılarında çıxışlar edir.

Həmin ilin yayında İraqda İmam Xomeyni, Ayətullah Xoi, Seyid Məhəmmədbaqir Sədr və Seyyid Məhəmmədbaqir Həkim ilə görüşür.

Sonra səfərlərini Mədinə və Məkkə ziyarətləri ilə davam etdirir. Burada avropalı müsəlmanlarla tanış olur. Bundan sonra isə Avropanın müxtəlif ölkə və şəhərlərinə elmi və mədəni səfərlər edir. Qərbin texnoloji inkişafı ilə yaxından tanış olur.

Bütün bu səfərlər Şəhid Behiştinin dünya şöhrətli din alimi, İslami mədəniyyət təmsilçisi və siyasi şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

Şəhid Behiştinin qaldığı yer Hamburq şəhəri olsa da o bütün Almaniyanı gəzir, İngiltərə, İsveç, İsveçrə, Hollandiya, Belçika, Amerika, İtaliya, Fransa və Amerikaya səfərlər edir.

O, bütün Avropanı gəzir, başqa xalqların elm və mədəniyyətini öyrənərək İrana qayıdır.

Şəhid Behiştinin xaricdə elmi, mədəni və siyasi simasının məşhurlaşması bais olur ki, Şah rejiminin təhlükəsizlik qüvvələri onun İrandan çıxışına qadağa qoysunlar. Və bununla da Şəhidin xarici səfərləri sona yetir.   /3906805

Bu barədə videoroliki qarşıdakı linkdən izləyə bilərsiniz: Şəhid Dr. Behişti

captcha