IQNA

Azərbaycanda koronavirusa daha 556 yoluxma faktı qeydə alınıb

21:35 - June 30, 2020
Xəbər sayı: 3487518
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 556 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda koronavirusa daha 556 yoluxma faktı qeydə alınıbIQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) AZƏRTAC-a istinadən xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7596 nəfərdir.

Ötən müddət ərzində 482 min 170 test aparılıb. Bugünkü test sayı isə 6645-dir.

captcha