IQNA

Çin məscidlərin üzərindəki İslami simvolları sökür – Foto

11:58 - July 05, 2020
Xəbər sayı: 3487551
Tehran (IQNA) -  Çin dövləti müsəlmanlar arasında qorxu və vahimə yaradır, məscidlərin üzərindəki günbəzləri və İslami simvolları məhv edir.

Çin dövlətinin məmurları Henan, Hebei və Ningxia əyalətlərində müsəlmanların məscidlərinə hücum edir və məscidlərdəki İslami simvolları sökürlər.

Henan əyalətində yaşayan Hui tayfasının müsəlmanları həmişə Çinin hakim partiyasının İslamofobiya siyasətinin əsas qurbanları olurlar.

Hakim partiya bu əyalətdəki müsəlman məscidlərinin üzərində olan İslami sivmolları sökür və məscidlərin üzərinə Çinə aid simvolları quraşdırırlar.

Hakim partiya bu işi koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə də dayandırmayıb.

Yerli sakinlərin verdiyi məlumata əsasən, hakim partiyanın yerli məmurları əyalətdə olan mindən çox məscidi çiniləşdirmək siyasətini davam etdirir.

Onlar Zuçang şəhərinin Ciyan rayonunda 400 ildən çox tarixi olan məscidin minarə və günbəzini söküblər. 

Çin dövlətini yerli məmurları onların siyasətlərinə uymayan müsəlmanları həsblə təhdid edirlər.    /3908612

ادامه حذف نمادهای اسلامی از مساجد چین در بحبوحه شیوع کرونا

ادامه حذف نمادهای اسلامی از مساجد چین در بحبوحه شیوع کرونا

captcha