IQNA

Qahirənin "Rə`sul-Hüseyn (ə)" və "Seyyidə Zeynəb (s)" məscidləri bağlandı

11:13 - July 06, 2020
Xəbər sayı: 3487558
Tehran (IQNA) -  Misrin İslami Fondlar (Vəqflər) Nazirliyinin əmri ilə Qahirənin "Rə`sul-Hüseyn (ə)" və "Seyyidə Zeynəb (s)" məscidləri və ziyarətgahlarının ətrafına pərdədən divar çəkilib.

İslami Fondlar (Vəqflər) Nazirliyinin Qahirədəki şöbəsi bunun koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və vətəndaşlarının sağlamlığının qorunması məqsədi ilə edildiyini bildirib.

Qahirənin İslami Fondlar İdarəsi bildirib ki, koronavirusla mübarizə çərçivəsində bu iki məscidi ziyarət etmək olmaz. Buna görə məscid, məscidin dəstəmazxanası, tualetləri bağlı olacaq. Məsciddə gündəlik namazlar və meyyit namazı qılına bilməz.  

Vəqflər idarəsi bunu da bildirib ki, pandemiya dövründa heç bir məscid, ziyarətgah, türbə açıq olmayacaq və Cümə namazı qılınmayacaq.   /3908872

captcha