IQNA

HƏMAS: İran rəhbərinin məktubu Fələstinə daimi dəstəyin göstəricisidir

9:26 - July 07, 2020
Xəbər sayı: 3487574
Tehran (IQNA) -  Fələstinin HƏMAS İslami Müqavimət Cəbhəsinin məsul üzvü İsmail Rizvan müsahibə verərək İran İslam İnqilabının Rəhbərinin məktubuna görə təqdir və təşəkkür edib.

Bu barədə "əl-Məyadin" peyk tv kanalına müsahibə verən HƏMAS rəsmisi deyib: İran İslam İnqilabının Rəhbərinin HƏMAS-ın siyasi ofisinin rəisinə ünvanladığı məktub Fələstinin xalqının uca arzularına daimi dəstəyin göstəricisidir.

O vurğulayıb: İran İslam İnqilabının Rəhbəri bu məktubunda Fələstin xalqını və müqavimət xəttini daima dəstəkləyəcəyini elan edib.

Fələstinin HƏMAS İslami Müqavimət Cəbhəsinin məsul üzvü İsmail Rizvan bu məktuba görə öz təşəkkürünü bildirərək vurğulayıb: Biz müqavimət yoluna davam edəcəyik və ilhaq layihəsini nakam qoyacayıq. İranın bizə göstərdiyi dəstək bizə gələcəyin bizim olacağı ümidini verir.

O əlavə edib: İran İslam Respublikasının bizə göstərdiyi maddi, siyasi və hərbi dəstək işğalçı sionist rejimi ilə mübarizədə özünü birbaşa göstərəcək.

İsmail Rizvan vurğulayıb: İlhaq layihəsi heç vaxt həyata keçməyəcək və biz bunun üçün bütün imkanlardan istifadə edəcəyik.  /3909066

captcha