IQNA

Mərakeşdə məscidlər fəaliyyətini bərpa edir

18:04 - July 08, 2020
Xəbər sayı: 3487585
Mərakeşdə mart ayından bağlı olan məscidlər öz fəaliyyətini bərpa edir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Mərakeşdə mart ayından bağlı olan məscidlər öz fəaliyyətini bərpa edir.

Ölkənin Vəqf Nazirliyi bildirib ki, tibbi və inzibati orqanlarla məsləhətləşmələrin nəticəsinə əsasən, 15 iyuldan bütün ölkə ərazisindəki məscidlərin fəaliyyətinin bərpası qərarı qəbul edilib.

Bununla belə, bütün zəruri sanitar təhlükəsizlik tədbirləri görüləcək. Belə ki, məsciddə olarkən maska taxılmalı və məsafə saxlanılmalıdır. Hələlik kütləvi şəkildə cümə ibadətinin keçirilməsinə icazə verilmir, onların bərpasına dair qərar ayrıca qəbul ediləcək.

Xatırladaq ki, 25 iyundan Mərakeşdə mərhələli şəkildə karantinin yumşaldılmasına başlanılıb.

Teqlər: mərakeş ، məscid ، quran ، iqna
captcha